No icon

Azərbaycanda porno film çəkən şirkət var imiş - QALMAQAL

Dünyada ən gəlirli sahələrdən biri porno film sənayesidir. İllərdən bəri milyard dollarlıq bir bazara sahib olan bu sənayenin əksər ölkələrdə qadağan edildiyi, bir çoxlarında isə azad şəkildə fəaliyyət göstərdikləri də məlumdur. Azərbaycanda isə….

DİA.AZ
-ın əldə etdiyi məlumata görə, böyük pulların oynadığı bu sahəyə ölkəmizdə də maraq göstərən həvəskar qruplar varmış. Həmin məlumatlarda deyilir ki, özlərinə studiya yaratmış «rejissor»lar artıq bir ilə yaxındır fəaliyyət göstərirlər. 

Mənbə bildirir ki, hələlik həmin filmləri birdən birə satışa çıxarmaqdan ehtiyat edən «pornoçular» bunun üçün münasib zaman gözləyirlər. İndiyə qədər bir neçə film çəkdikləri təxmin edilən məsələ ilə bağlı bilgilər isə polisə sızıb və hazırda hüquq mühafizə orqanlarının onları axtardığı deyilir. 

Filmdə rol almış qız və oğlanların haradan gətirildiyi və hansı şərtlər daxilində anlaşma əldə edildiyi barədə isə heç bir məlumat yoxdur. Bu suala polisin araşdırmalarından sonra cavab veriləcək. 

Xatırladaq ki, Azərbaycan qanunvericiliyən görə, porno filim çəkilişi və yayımı qadağandır. Eyni zamanda, bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulur.