No icon

Hicablı qızların əxlaqsız hərəkətləri - VİDEO 18+

Rəsulullah (s.a.v.) deyib: "Hər bir dinin öz xüsusiyyəti var. İslamın xüsusiyyəti– həyadır”

O, həmçinin deyib: "Həya imandandır, iman isə Cənnətdədir...”.
Peyğəmbər (s.a.v.) deyib: "Həya ilə iman bir-biriylə qırılmaz əlaqədədir əgər bunların birini yox etsən, o birisi özbaşına yox olar”.
Möminlərin anası Aişə (r.a.) belə rəvayət edirdi: "Mən Rəsulullahın (s.a.v.) və atamın dəfn olunduqları evə girəndə öz üst paltarımı çıxarıb deyərdim: "Bunlar mənim ərim və atamdır”. Amma Ömər də burada dəfn edildikdən sonra mən evə çarşabla girirdim, çünki Ömərdən utanırdım”. Bu onu göstərir ki, hicab qadın xilqətində olan utancaqlıqla uzlaşır.

Hicab haqqında çox sayda hədislər var ki, deməklə bitməz. Amma əsas şərt budur ki, istər hicablı olsun, istər hicabsız qadın istətli, abır həyalı olmalıdır. Ən gözəl hicab qadının abır həyasıdır. 

Lakin bəzi hallarda elə olur ki, İslam dinini gözdən salmaq istəyənlər ya hicab geyib əxlaqsız hərəkətlər edirlər yada özlərini müsəlman adlandırıb, İslama zidd olan əməllərlə məşqul olurlar. Sizə təqdim edəcəyimiz videoda türkcə danışan "xanım"-lar hicab geyinib siqaret çəkir və əxlaqsız ifadələr işlədirlər. Bu videonu izləyən insanlarda isə İslam dininə qarşı mənfi fikirlər oyanır. 

Yəni qısa olaraq qeyd etmək istərdik ki, şərt hicaba bürünmək deyil, əsas gərək qadının namusu və isməti olsun.