No icon

Bakıda telefonla danışan avtobus sürücüsü qəza törədib - 1 yaşlı körpə ilə birlikdə 11 sərnişin xəsarət alıb.

Bakının Sabunçu rayonu ərazisində iki sərnişin avtobusu toqquşub. APA TV xəbər verir ki, bunlar 198 və 173 saylı xətt marşrutları üzrə hərəkət edən "Isuzu" və "Daewoo" markalı avtobuslar olub. Hadisə Zabrat-Balaxanı yolunda qeydə alınıb.

Məlumata görə, avtoqəza nəticəsində 11 nəfər yaralanıb, bunlardan biri azyaşlıdır və bir nəfərin vəziyyəti isə olduqca ağırdır.

2016-cı il təvəllüdlü Hüseynli Həsən Rauf oğlu 
1987-ci il təvəllüdlü Hüseynova Gülanə
1987-ci il təvəllüdlü Hüseynov Rauf
1952-ci təvəllüdlü Əliyev Nurəddin
1965-ci il təvəllüdlü Bayramov Vidadi
1971-ci il təvəllüdlü Mehdiyev Sahib (Vəziyyəti olduqca ağırdır)
1995-ci il təvəllüdlü İsgəndərli Günel
1970-ci il təvəllüdlü İsmayılov Binnət
1960-cı il təvəllüdlü Səmədova Gülzar
1996-ci il təvəllüdlü Hüseynov Mahir
2003-cü il təvəllüdlü Xalıqov Fərhad Zəkulla oğlu

Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına müraciət edib. Onlardan vəziyyəti ağır olan S.Mehdiyevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Digər 10 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Yol qəzasının təfərrüatlarını Sabunçu polisi araşdırır. Hadisənin səbəbi də məlumdur. Bildirilir ki, 198 saylı xətt marşrut avtobusunun sürücüsü hərəkət zamanı mobil telefondan istifadə etdiyi üçün qarşıdakı nəqliyyat vasitəsini diqqətindən yayındırıb.