No icon

Fillər haqqında bilmədikləriniz

Fillər haqqında bilmədikləriniz

Yetkin fərdlərinin ağırlığı 7 tona çatan fillərin gündəlik qida ehtiyacı da olduqca yüksəkdir. Bir fil gündə təxminən 75-150 kq yemək yeyir, 150-300 litr su içir. Bu miqdar sürü halında gəzən fillərin geniş qidalanma sahəsinə ehtiyac duyduqlarını göstərir. Fillər yeni qidalanma yerləri tapmaq məqsədi ilə bütün həyatları boyu yüz kilometrlərlə səyahət edirlər. Yarpaqlar, ağac qabıqları, meyvələr, otlar və bitkilərlə qidalanırlar. Günün 70-90%-ni ya qidalanmaqla, ya da qida qaynağı axtarmaqla keçirirlər. Qalan vaxt ərzində isə çimir, su içib istirahət edir, yatırlar. Bir yerdən başqa yerə hərəkət etməmişdən əvvəl bir neçə gün müəyyən bir ərazidə qalırlar. Bu müddət qısa olmalıdır, çünki əgər başqa yerə getməsələr, olduqları yerdəki bitki örtüyü tamamilə tükənə bilər.

Hazırda fillər Şərqi Afrikada və Afrikanın digər bölgələrində, Uzaq Şərqdə, xüsusilə də, Şri-Lankada yaşayırlar. Əsasən, quraqlıq mövsümündə qidalanmaq üçün yeni bölgələrə köç edirlər. Buna görə də quraq havalarda daha çox fil sürüsünə rast gəlinir. Fillərin hamiləlik müddəti 22 aydır. Bu səbəbdən hamiləlik və doğum eyni hava şəraitinə rast gəlir. Beləliklə, balalar qidanın bol olduğu vaxtda doğulmuş olurlar. Bu, mükəmməl zamanlamadır.