No icon

Kral kobrası ilə torlu pitonun ölüm-dirim savaşı

İri torlu piton kral kobrasını boğub, daha sonra onun zəhərindən ölüb.

Fotoqraf onları aşkarlayan zaman hər iki ilan ölmüş vəziyyətdə olub.

"İmgur"da dərc olunmuş təsvirdə kral kobrasının bədəninə bir neçə halqada sarılan və onu boğan pitonu zəhərli dişləri ilə sancdığını görmək olur.

Şəkli sosial şəbəkəyə yükləyən müəllifin sözlərinə görə, kobra pitonu yeməyə çalışıb, ancaq qarşı tərəfin müqaviməti ilə üzləşib.

Fotoşəklin harada çəkildiyi barədə məlumat verilmir. "İmgur"da yayımlanan şəkil 334 min baxış sayı qazanıb və 7 mindən çox bal toplayıb.

Torlu pitonun əsas təbii məskənləri Banqladeş, Birma, Hindistan, Tayland, Laos, Kamboca, Vyetnam, Malaziya, Sinqapur, İndoneziya, Filippin, həmçinin Nikobar adaları sayılır.

Bu pitonlar dünyanın ən böyük ilanları hesab olunur. Bəzən bu bölgələrdə uzunluğu yeddi metrə çatan pitonlara rast gəlmək olur.