No icon

İsrafil Azəri yeni filmi barəsində danışdı-MÜSAHİBƏ

İDEAL XƏBƏR rejissor İsrafil Azərinin içxəbər.info saytına verdiyi müsahibəni sizlərə təqdim edir.

Salam xoş gördük əziz izləyicilər. Bu günkü mövzumuz şou-biznes haqqındadır. Şou-biznesin tanınmış Rejissoru İsrafil Azəri yeni filmi barəsində danışdı.

Rejissor İsrafil Azəri: Salam bütün İzləyicilərimi salamlayıram. Çox yaxında yeni filmin çəkilişlərinə start verirəm. Film kriminal, sevgi, ehtiras, humanizm, yardımsevərlilik sahələrini əhatə edən Təhlükəli Oyun cinayətin izində adını daşıyacaq. Kimə demişəm çəkəcəm..

-İsrafil bəy Qızıl Gül adlı film barəsində nələr deyə bilərsiniz?
-Bildiyimiz kimi baş rolun aktyor və aktrisası Azərbaycanda maraqla izlənilən Türk seriyalı Kara sevda adlı filmin qəhrəmanları Kamal və Nihanın Oxşarlarıdır.

-Onları necə tapdınız ? 
-Bəli bir ssenarimdə yazmışam. Həmin film melodrama janrındadı. Baş rolun ifaçılarını axtarıb tapa bilmirdim. Belə ki adlarını çəkdiyiniz Kara sevda filminin qəhrəmanlarının oxşarlarını 2000 nəfərin içindən tapdım. Film olduqca romantik məqamları əhatə edəcək. Belə ki, bütün kütləni göz yaşlarına qərq edəcək. Yəni o qədər duyğusal bir filmdir. Bu günə kimi əcnəbi istehsallı filmlərə baxırdılar, indi isə qoy öz istehsalımız olan filmləri maraqla izləsinlər. Təşəkkür edirəm bütün izləyicilərimə. Sizə də minnətdarlığımı bildirirəm ki, bunu işıqlandırdınız. Fikirlərinizi bölüşdük...

-İsrafil Azəriyə uğurlar arzu edirik. Mən jurnalist Nuranə sizlərə gələn həftə maraqlı məlumatlar yazacam izlədiyiniz üçün təşəkürlər. İradlarınızı fikirlər və təkliflərinizi yazın. Sizin fikirləriniz bizim üçün çöx önəmlidir.

Nuranə Abdullayeva / İcxeberler.info