İDEAL XƏBƏR
Şəmkirdə qətl hadisəsi baş verib Şəmkirdə bacısını oğlanla görən gənc qətl törətdi
Saturday, 21 Oct 2017 08:47 am
İDEAL XƏBƏR

İDEAL XƏBƏR

Şəmkirdə qısqanclıq zəminində qətl hadisəsi törədilib.

İDEAL XƏBƏR-in Report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

H.Xəlilov polis tərəfindən saxlanılıb.