İDEAL XƏBƏR
Qazaxda məktəblilər arasında dava, bıçaqlanan var
Wednesday, 08 Nov 2017 22:24 pm
İDEAL XƏBƏR

İDEAL XƏBƏR

Qazax rayonunda məktəblilər arasında dava düşüb.

İDEAL XƏBƏR-in Report-a istinadən məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Belə ki, 16 yaşlı iki orta məktəb şagirdi arasında mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra onlardan biri bıçağa əl atıb. Bu zaman mübahisə edənləri ayırmaq istəyən yeniyetmə əl və bilək nahiyəsindən bıçaq xəsarətləri alıb. 

Mübahisənin hansı səbəbdən düşdüyü isə hələlik məlum deyil.