İDEAL XƏBƏR
Prezident Pinyeranı təbrik etdi
Friday, 22 Dec 2017 17:43 pm
İDEAL XƏBƏR

İDEAL XƏBƏR

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çili Respublikasının yeni seçilmiş prezidenti Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb.

İDEAL XƏBƏR-in məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Pinyera,

Çili Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycanla Çili arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.