No icon

Məktəbin fiziki tərbiyə müəlliməsi, cüdo üzrə qara kəmər sahibi, 2 uşaq anası Məhərrəmova Admilanın

Mingəçevirdə müəllimənin 5 qabırğası sındırılıb!

Mingəçevir 13 saylı məktəbin fiziki tərbiyə müəlliməsi, cüdo üzrə qara kəmər sahibi, 2 uşaq anası Məhərrəmova Admilanın 5 qabırğası sındırılıb. "Yeniavaz.com" xəbər verir ki, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Belə ki, müəllimə ilə həyat yoldaşı arasında mübahisə yaranıb. Nəticədə, ərin arvadına vurduğu ağır zərbədən qadının beş qabırğası sınıb. Qadının ağ ciyəri, qara ciyəri zədələnib. Yaxınlarının dediyinə görə, müəllimə təcili olaraq Bakıya - "Semaşko" xəstəxanasına gətirilib. Lakin maddi imkansızlıq ucbatından qadın xəstəxanada qala bilməyib. Hazırda Mingəçevir Xəstəxanasındadır və vəziyyəti ağır olaraq qalır.

Esmira Hidayətova, Mingəçevir