No icon

ərə getməyə hazırlaşan 93 yaşlı qadın sosial şəbəkədə paltar seçiminə kömək lstədi...

Ərə getməyə hazırlaşan qadın toyunda geyinmək üçün libas seçə bilmir. O, bu səbəbdən bir neçə paltar arasında seçim qoyaraq “Facebook” istifadəçilərindən kömək istəyib. Bir neçə gündür davam edən səsvermədə variantlar arasında hələ ki ciddi fərq yoxdur.

Silviyanın ərə getmək istədiyi 88 yaşlı Frenklə sevgi münasibəti də maraqlıdır. Belə ki, onlar 20 ildən çoxdur ki, qocalar evində birgə yaşayırlar. Bu müddət ərzində qadın mərhum ərinin soyadını dəyişmək istəmədiyi üçün ərə getməkdən imtina edib. Ötən il Silviya xəstələndiyi üçün oradan çıxmalı olub. Frenk isə başa düşüb ki, o, Silviyasız yaşaya bilməz. O, evlilik təklifi edib və bu dəfə “Hə” cavabını alıb. Qadın ərə getsə də, soyadını dəyişməyəcək.
Cütlük artıq bu yaxınlarda nikah masasına oturacaq.

İDEAL XƏBƏR / Nazlı Budaqova