No icon

Moskvada inzibati bina yanır

Moskvada Yasenovo ərazisində inzibati binada yanğın başlayıb. 

İDEAL XƏBƏR-in məlumatına əsasən, bu barədə TASS-a Moskvanın fövqəladə xidmətindən məlumat verilib.

“Yanğın MDAY-nun 38-ci kilometrində yerləşən inzibati binalar kompleksinin ərazisində başlayıb”, - deyə mənbə bildirib.

İlkin məlumatlara əsasən, yanğın başlayan binada insanlar var.