No icon

Vaşinqtonda metroda sərnişin dolu qatar relsdən çıxdı

Vaşinqton metrosunda “qırmız” xətlə hərəkət edən qatarın relsdən çıxması nəticəsində qəza baş verib.

Oxu.Az xəbər verir ki, relsdən çıxan qatarda 60-a yaxın sərnişin olub.

Qəza yerində hazırda fövqəladə xidmət qüvvələri işləyir.

Qəzanın başvermə səbəbləri məlum deyil.

İnsident nəticəsində xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Hadisədən dərhal sonra sərnişinlər təxliyə edilib.