No icon

Ermənistanın əhalisi azalmağa davam edir

1 yanvar 2018-ci il tarixinə Ermənistanın əhalisi 2 milyon 972 min 900 nəfər təşkil edib.

Bu, ötən ilin 1 yanvarı ilə müqayisədə əhalinin 13200 nəfər azaldığını göstərir.

İDEAL XƏBƏR Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb.

1 yanvar 2016-cı illə müqayisədə azalma 25700 nəfər təşkil edir.

Ermənistanda orta ömürün 75 il olduğu qeyd olunur. Qadınlar üçün bu göstərici 78.3, kişilər üçün 71.6 təşkil edir.