No icon

İki bacının davamçısı: dayıqızı erotik sessiyada - FOTO

Britaniyanın ən populyar supermodelləri arasında yer alan Cici və Bella Hədid bacılarının dayıqızısı Coann van der Herik Londonda karyeraya başlayır.

O, "12+ UK Model Management" model agentliyi ilə anlaşma imzalayıb.

İDEAL XƏBƏR The Daily Mail-ə istinadən bildirir ki, 19 yaşlı hollandiyalı plus-size model "DD + Lingerie Debenhams"in yeni kolleksiyasının reklam fotosessiyasına çəkilib.

19 yaşlı Coann  məşhur bacıların anası Yolandanın qardaşı, hollandiyalı iş adamı Leonun qızıdır.

"Çəkimə və bədən ölçülərimə rəğmən, model olmaq istəyirdim. İndi arzuma çatdım. Gənclərə isə deyirəm ki, onlar çəkiyə, ölçüyə görə narahat olmasınlar", - Coann van der Herik deyib.