No icon

Saakaşvili saxlanıldı – VİDEO

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili  Kiyev restoranında saxlanılıb.   

İDEAL XƏBƏR  RİA Novosti-ə istinadən xəbər verir ki, bu barədə  Ukrayna KİV-ə  siyasətçinin silahdaşı, Ukrayna ali radasının deputatı Yuri Derevyanko açıqlama verib.

“Elə indicə onu naməlum şəxslər  Kiyevdə yerləşən “Suluquni restoranından oğurlayıb aparıb”, - deyə Derevyanko bildirib.

Onun sözlərinə görə, bunu xüsusi təyinatlılar həyata keçirib. Rada deputatları Saakaşvilinin hara aparıldığını bilmir.