No icon

Düşmən kəşfiyyatçısının görüntüləri yayıldı

Əsgərlərimiz düşmən kəşfiyyatçısını ələ keçirib - VİDEO

Məlum olduğu kimi, Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün foto və videosunu yayıb. Zaver Hovanis Karapetyan adlı şəxs bildirir ki, kənd sakinidir, pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunub. 
İDEAL XƏBƏR-
in əldə etdiyi məlumata görə Miq.Az ehtiyatda olan polkovnik-leytenant, tanınmış hərbi jurnalist İbrahim Rüstəmlidən məsələ ilə bağlı münasibətini  bildirməyi xahiş edib. 

 Polkovnik-leytenant İbrahim Rüstəmov

İ.Rüstəmli ilk növbədə qeyd etdi ki, Ermənistan ordusunda əsgər çatışmazlığı həmişə hiss olunub və yəqin ki, bundan sonra daha çox hiss olunacaq. Bunun bir səbəbi əhalinin sosial durumu ilə bağlı çörək dalınca xarici ölkələrə, xüsusilə Rusiya Federasiyasına üz tutmasıdı. Amma ən ümdə səbəb real vəziyyətlə bağlı düşüncə fərqliliyindədir. Yəni müasir erməni gəncləri Qarabağda həlak olmağa mənasız ölüm kimi baxırlar. Onlar üçün bu, artıq əhəmyyətini itirmiş məsələdi. Aprel döyüşləri zamanı biz bunun bir daha şahidi olduq. İdeoloji və mənəvi baxımdan Qarabağ problemi dinc erməni vətəndaşlarından ötrü nəinki öz prinsipiallığını, hətta mən deyərdim, adi dayanıqlığını belə tamamilə itirib. 

Polkovnik-leytenant daha sonra xüsusi vurğuladı ki,  Karapetyanın  yalan danışdığına əminəm. Bununla məsuliyyətdən qismən də olsa yaxasını qurtarmaq istəyir. O peşəkar diversantdır. Əgər belə olmasaydı, yaralıları geri aparanlara qoşulub aradan çıxardı. Sadəcə peşəkarlığına güvənərək vəziyyəti öz nəzarəti altında saxlamağa cəhd göstərib. Amma bacarmayıb, son nəticədə Azərbaycan əsgəri öz intellekti və döyüş hazırlığı ilə ona qalib gəlib. Hər şey  göz qabağındadır. Karapetyanın danışdığı nağılları ona bir vaxtlar keçdiyi hərbi hazırlıq kurslarında əzbər öyrədiblər. İndi o da bu nağılları bizə sırımaq istəyir.

Tanınmış hərbi jurnalist sonda onu da diqqətə çatdırdı ki, bununla belə, ermənilərin əsgər çatışmazlığı üzündən yerli əhalini müəyyən miqdarda pul müqabilində döyüş növbəsinə cəlb etməsi də sirr deyil. Amma onlar belə muzdlulardan mürəkkəb döyüş əməliyyatlarında, xüsusilə diversiya məqsədilə keçirilən əməliyyatlarda istifadə etmirlər. Karapetyanın özü  bunu hamıdan yaxşı bilir. Ona görə də vəziyyətdən çıxmaq üçün saman çöpünə əl atır…