No icon

ABŞ-ın energetika üzrə xüsusi elçisi Azərbaycana səfər edəcək

ABŞ-ın energetika üzrə xüsusi elçisi Azərbaycana səfər edəcək

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio fevral ayında Azərbaycana səfər edəcək.

ABŞ Dövlət Departamentindən verilən məlumata görə üsusi elçi Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının 4-cü iclasında iştirak edəcək.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikincisi 2016-cı il fevralın 29-da, üçüncü iclası isə ötən il fevralın 23-də keçirilib.

İdealxeber.com

Mənbə:trend az