No icon

Azərbaycan neftinin — SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 70,44 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,58 dollar/barel çoxdur.

“İDEAL XƏBƏR” Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 69,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,8 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 9-da 67,16 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,54 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 9-da 69,12 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.