No icon

Daha bir kəndə ilk dəfə təbii qaz verildi

Daha bir kəndə ilk dəfə təbii qaz verildi

Bu gün  Beyləqan rayonunun İmamverdili kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 229 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 27 111 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Beyləqan rayonunun Birinci Şahsevən kəndində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda işlər yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

İdealxeber.com

Mənbə Trend-az