No icon

BANM-ın prorektoru Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı alıb

BANM-ın prorektoru Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı alıb

Bakı Ali Neft Məktəbinin (BANM) İnzibati-təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

 Yer elmləri üzrə fəlsəfə doktoru Oktay Rzayevi Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qiymətləndirməsi, prorektorun Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərini nəzərə alaraq həyata keçirilib.

Qeyd edək ki, Oktay Rzayev 2012-ci ildən Bakı Ali Neft Məktəbində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışır, eyni zamanda BANM-ın Həmkarlar İttifaqı Komitəsinin sədridir. Daha öncə o, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən iki dəfə fəxri fərmanla təltif olunub.

İdealxeber.com

Mənbə trend