No icon

Avrokomissar: "Cənub qaz dəhlizi" Avropanın artan qaz tələbatını qarşılamağa kömək edəcək

Avrokomissar: "Cənub qaz dəhlizi" Avropanın artan qaz tələbatını qarşılamağa kömək edəcək

Avropa İttifaqının (Aİ) iqlim dəyişiklikləri və energetika üzrə komissarı Migel Arias Kanyete verdiyi məlumata görə, "Cənub qaz dəhlizi" Avropanın artmaqda olan təbii qaz tələbatını qarşılamaqda kömək edəcək.

O qeyd edib ki, hazırda Avropa İttifaqının qaza olan tələbatı artmaqda davam edir: “Hazırda Aİ istehlak olunan qazın 70 faizə yaxınını idxal edir. 2040-cı ilədək bu rəqəm 83 faizə çatacaq”.

M.A.Kanyete onu da əlavə edib ki, Avropada qaz hasilatı azalmaqda davam edir. Onun fikrincə, bu amil də Aİ-nin qaz idxalından asılılığını artıracaq.

İdealxeber.com

Mənbə trend