No icon

Azərbaycan neftinin son qiyməti

Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 8-də 66,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,57 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 8-də 65,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,56 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 8-də 61,34 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,71 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 8-də 64,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,51 dollar/barel azdır.

İdealxeber.com

Mənbə trend