No icon

Bakıda yeniyetmə 8 min manatlıq “Vertu” markalı telefon oğurlayıb

Bakıda evdən oğurluq olub.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 30000 manat dəyərində qızıl əşyalar və 8000 manat dəyərində “Vertu” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.

Fakt üzrə araşdırmalar davam etdirilir.