No icon

Bacı-qardaşı öldürən şəxsə ömürlük cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacı və qardaşı öldürən və analarına isə xəsarət yetirməkdə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İDEAL XƏBƏR Report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.