No icon

Bakının mərkəzi küçələrində hərəkət istiqaməti dəyişdirildi — XƏRİTƏ

Bakının mərkəzi küçələrində nəqliyyat vasitələrin hərəkət istiqaməti dəyişdirilib.

İDEAL XƏBƏR Avtopstop.tv-yə istinadən xəbər verir ki, Ü. Hacıbəyov və R.Behbudov, həmçinin Ü.Hacıbəyov və Bülbül prospektlərinin kəsişməsində hərəkət istiqamətləri dəyişib.

Bu gündən etibarən Üzeyir Hacıbəyov küçəsinin Bülbül prospekti ilə kəsişməsindən R. Behbudov küçəsi istiqamətinə "Giriş qadağandır" nişanı qoyulub.

Əvvəllər Bülübül prospektindən gələnlər sola, Ü.Hacıbəyov küçəsindən gələnlər isə düzünə hərəkət edə bilirdilər. Lakin yeni dəyişikliyə əsasən, Bülbül prospektindən yalnız düzünə, Ü.Hacıbəyov küçəsindən isə yalnız sağa hərəkətə icazə verilir. Ü.Hacıbəyov küçəsinin Sahil bağı istiqaməti birtərəfli yol olub.

Hələlik sürücülərə həmin istiqamətdə güzəşt edilir və cərimə yazılmır.