No icon

Aydın Mirzəzadə: Rusiya ilə ərazicə birləşmək qeyri-mümkündür

Siyasi ittifaqda birləşmək olar, amma ərazicə birləşmək mümkün deyil, bu, istisnadır.

Oxu.Az xəbər verir ki, bunu YAP-dan olan millət vəkili Aydın Mirzəzadə Rusiyanın Liberal Demokratlar Partiyasının (RLDP)  lideri Vladimir Jirinovskinin “Azərbaycan Rusiyaya birləşsin, Qarabağ münaqişəsi həll olunsun” açıqlamasına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan 27 il öncə tarixində ikinci dəfə müstəqiliyini əldə edib və müstəqil dövlətdir.

“Azərbaycan müstəqilliyini kiməsə və nəyəsə qurban vermək fikrində də deyil. Bu, qeyri-mümkündür. Eyni zamanda, Azərbaycan Rusiya ilə yaxın qonşu, dost dövlətdir, ölkələrimiz, dövlətlərimiz, xalqarımız arasında gözəl münasibətlər var. Biz bu baxımdan, Rusiyanın Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verməsini arzulayırıq və gözləyirik”- deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU