QAYDALAR

Saytdan istifadə qaydaları:

İdeal xəbər saytı internet üzərindən dünyada və ölkədə baş verən hadisələr haqqında, Kütləvi İnformasiya Vastələri haqqında Azərbaycan Respublikasının Qanunlarına əsaslanaraq informasiya yayır.

İdeal xəbər saytında olarkən Siz aşağıdakı istifadə qaydalarına əməl etməyə razılıq vermiş olursunuz: İdeal xəbər saytına giriş və ondan istifadə, həmçinin, təklif olunan xidmət (bundan sonra "Sayt" deyiləcək) hazırkı istifadə qaydaları (bundan sonra "İstifadə qaydaları"), həmçinin, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir. Əgər hazırkı İstifadə qaydaları ilə razı deyilsiniz və onları tam şəkildə qəbul etmirsinizsə, xahiş edirik, heç bir bəhanə gətirmədən saytı tərk edin.

1.Şərtlər
1.1. Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına zidd hər hansı bir məlumatı yaymaq, ona istinad etmək qəti qadağandır.

1.2.Azərbaycanın (O cümlədən digər dövlətlərin, millətlərin. Ermənistan istisna olmaqla) dövlət atributlarına, bayrağına zidd olan hər hansı məlumatı yaymağa cəhd edən istifadəçi dərhal və heç bir xəbərdarlıq edilmədən sayt rəhbərliyi tərəfindən saytdan uzaqlaşdırılacaqdır.

1.3.Saytın (fərqsiz) hər hansı bir bölməsində söyüş, alçaldıcı və təhqiramiz sözlərdən istifadə etmək qətiyyən yolverilməzdir və bu halda sözügedən sözlərdən istifadə edən istifadəçi heç bir xəbərdarlıqsız saytdan uzaqlaşdırılacaqdır.

1.4.İdeal xəbər saytının yazar və müxbiri yerləşdirdiyi xəbərin (daxilində mümkün ola biləcək mətn,şəkil, video və digər multimedia vasitələrinin) məzmununa görə məsuliyyət daşıyır.

1.4.1.Pornoqrafik, alçaldıcı, azdırıcı və bunlara bənzər digər məzmunda xəbərlərdən istifadə qətiyyən yolverilməzdir və aşkar olunduğu halda silinməklə yanaşı xəbəri yükləyən istifadəçi də saytdan uzaqlaşdırılacaqdır.

1.5.İdeal xəbər saytının xəbərlərindən istifadə edilən zaman xəbərin mənbəyini qeyd etməli və eyni zamanda İdeal xəbər saytına mənbəyi başqa bir sayta aid olan xəbərin yüklənilməsi zaman mənbə olan saytın bu barədə bütün şərtlərinə uyğun hərəkət edilməlidir.

1.6.Sayt rəhbərliyi istifadəçinin etdiyi heç bir yanlışlığ(lar)a görə məsuliyyət daşımır.

1.7. AZ domaini və yaxud gov.az , edu.az və s. saytlara hücüm etmək və ya hücum etməyə cəht göstərmək (saytın fəaliyyətinə mane olmaq) QƏTİ QADAĞANDIR! Əgər bu hal baş verərsə o zaman həmin şəxs və ya şəxslərin məlumatları lazım gələrsə hüquq-mühafizə orqanlarına və ya həmin saytın adminlərinə təqdim ediləcəkdir və həmin şəxs(lər) saytdan uzaqlaşdırılacaqdır.


2.Sayt rəhbərliyinin Hüquqları:

2.1. Saytımızda qeydiyyatdan keçərkən istifadəçinin təsdiq etdiyi müqavilə şərtləri (istifadəçi tərəfindən) pozulduğu halda sayt rəhbərliyi heç bir xəbərdarlıq etmədən istifadəçini saytdan uzaqlaşdırmaq hüququna malikdir.

2.2.Sayt rəhbərliyi qaydalara, müqavilənin şərtlərinə və əlavələrinə dəyişiklik etmək hüququna malikdir. Dəyişdirilmiş qaydalar saytın "Qaydalar" bölməsində yazılacaqdır.

2.3.Sayt rəhbərliyi istifadəçiyə verilən statusdan (vəzifədən) suiistifadə edildiyi halda sözügedən subyekti uzaqlaşdırmaq hüququna malikdir.

2.4.Sayt rəhbərliyi saytda yazılmış (yüklənmiş) istənilən qanunsuz məzmunlu xəbər, rəy və s. məlumatları heç bir xəbərdarlıqsız silmək hüququna malikdir.

P.S. Hörmətli sayt istifadəçisi özümüzə hörmət etməklə yanaşı Azərbaycan Respublikasının Qanunlarına əməl etmək bizlərin insanlıq və vətəndaşlıq borcumuzdu.