No icon

Uşaqlarda erkən cinsi yetişkənlik nədir? - VİDEO

Uşaqlar həyatın bəlli dövrlərində cinsi yetişkənliyə girirlər. Cinsi yetişkənlik yaşı qız uşaqlarında 8 yaşdan, oğlan uşaqlarında 9 yaşdan öncə olmamalıdır.

Qız uşaqlarında 8 yaşdan qabaq, oğlan uşaqlarında 9 yaşdan öncə başlayan cinsi yetişkənlik əlamətlərinə tibbi dildə pubertə perekos deyirik və bunu xəstəlik kimi araşdırıb müalicə ediririk. Qız uşaqlarında cinsi yetişkənlik yaşı 8 yaşdan 13 yaşa qədər, yəni, süd vəzilərinin böyüməsi ilə başlayıb və aybaşı görməklə tamamlanmış olur. Oğlan uşaqlarında xayaların böyüməsi ilə cinsi yetişkənlik başlayır ilk sperm atılışı ilə tamamlanmış olar. Buna tibbi dildə biz pollusiya deyirik.

Cinsi yetişkənliyin erkən başlamasının hər iki cinsdə gətirdiyi ən böyük problem boy qısalığıdır. Bu uşaqlar yaşıdlarına görə 8-9 yaşlarında daha hündürboylu olsalar da daha sonra yaşıdlarından geri qalırlar. Erkən aybaşı görmək və boy qısalığı bərabərində bir sıra psixoloji problemlər də gətirməkdədir. Qız uşaqlarında erkən cinsi yetişkənlik, süd vəzilərinin böyüməsindən başqa qasıq, qoltuqaltı çuxurda tüklənmənin olması, tərləmənin olmağı və aybaşı görməklə bilinməkdədir. Oğlan uşaqlarında da həmçinin, xayaların erkən böyüməsi, bığ – saqqal çıxması, səsin qalınlaşması, kişi tipli skelet və əzələ kütləsinin formalaşması ilə bilinməkdədir. Bütün hallarda əgər pubertə perekos problemi varsa, mütləq araşdırılması lazımdır. Çünki, bəzən bu qorxulu, hətta onkoloji xəstəliklərə də bağlı ola bilər. Qız uşaqlarında ərgənliyin, pubertənin gecikməsi, oğlan uşaqlarında isə erkən pubertəyə girmək daha qorxuludur və mütləq şəkildə ciddi araşdırma tələb edir. Biz bu halda artmış hormon sekresiyasını tormozlayacaq preparatlar təyin etməklə uşaqların hədəf boyunu qorumuş oluruq.

Hidayət Məmmədzadə /Ekspert TV