No icon

Anjelina Colinin sürətlə arıqlama səbəbi məlum oldu – FOTO

Dünyaca məşhur ulduz Ancelina Colinin uğurlu karyerası ilə yanaşı dillərdən düşməyən gözəlliyi kölgə altında qalıb.

“İDEAL XƏBƏR” Türkiyə mediasına istinadən xəbər verir ki, əsrarəngiz gözəlliyi ilə göz qamaşdıran Ancelina Coli son zamanlar sürətlə arıqlamağı ilə heyranlarını qorxutmağa başlayıb.

ABŞ mediasında yayımlanan xəbərlərə görə, Bred Pit ilə ayrılandan sonra özünə gələ bilməyən Coli arıqlayaraq çəkisi 40 kilodan da aşağı düşüb. Yəni məşhur ulduzun çəkisi 11 yaşında olan qızı Shilohun çəkisindən belə çox aşağıdır.

Şəkillərinə baxıldığı zaman həddən artıq zəiflədiyi gözlərdən yayınmayan 42 yaşlı ulduzun sağlamlığında ciddi problemlərin olduğu düşünülür. Mütəxəssislərin dediyinə görə, anoreksiya olduğu düşünülən Anceli Colinin səhhətinin təhlükə altında olduğu deyilir.