No icon

Dilarə açıq-saçıq fotolarından danışdı: "Bədənim gözəldir..."

“Eurovision” iştirakçılarından olan Dilarə Kazımova media nümayəndələri ilə görüşüb.

Axşam.az xəbər verir ki, sənətçi  bir müddət əvvəl paylaşdığı açıq-saçıq şəkillərindən danışıb:

“Müğənni üçün gözəl bədən çox vacibdir. Mən ilk dəfə Azərbaycanı "Eurovision” müsabiqəsində təmsil edəndə demişdilər ki, bədən ölçülərin çox əsasdır. Bədənin yaxşı görünməyi məşhurluğun bir simvoludur. Mən sosial şəbəkədə açıq-saçıq şəkillərimi paylaşandan sonra çox adam anladı ki, mənim də bədənim gözəldir. Hətta rəfiqələrim də dedi, sənin belə gözəl bədəninin olduğunu bilmirdik. Anladım ki, mən göstərməsəm, onlar mənim yaxşı bədənə sahib olduğumu bilməyəcəklər. Gözəlliyimdən lazımi istiqamətdə istifadə edə bilirəm. Mətbuatın mahnılarımdan çox açıq-saçıq görüntülərimdən yazması məni narahat etmir”.

Qeyd edək ki, bir neçə gün öncə Taylandda istirahət edən D.Kazımova ukraynalı fotoqraf Yevqeniy Uşakovun kamerasına pozlar vermiş, həmin açıq-saçıq şəkillərini İnstaqram hesabında yerləşdirmişdi. Sənətçinin bu fotoları isə birmənalı qarşılanmamış, geniş müzakirələrə səbəb olmuşdu.