No icon

Bakıda möhtəşəm seminar təşkil olunub! FOTOLAR

7 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasıMilliByte İnformasiya Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı ilə universitetdə tələbələr üçün Freelancerlər mövzusunda seminar təşkil olunmuşdur.

Seminarda tələbələrə İT sahəsi ilə bağlı müxtəlif istiqamətlərdə məlumatlar verilmiş və sadalanan mövzular üzrə tələbələrə iş imkanları təqdim edilmişdir. Seminarda üstünlük verilən mövzular aşağıda qeyd olunmuşdur:

- Freelancing nədir?;
- Necə freelancer ola bilərəm?;
- Tələbə olaraq asudə vaxt şəraitində pul qazanma imkanları;
- İT sahəsində Freelancing yolları və s. 


Universitetdə təhsil alan tələbələrin bilik səviyyəsini yoxladıqdan sonra tələbələri müvafiq sahələr üzrə yönləndirmə barədə tövsiyə verən təlimçi Rüstəm Ələkbərov bildirmişdir:

“Ölkədə iş yerlərinin çoxluğu göz oxşasa da bu iş yerində çalışmaq üçün təcrübənin insanın özündə olması vacibiyyət doğurur. Bu planları qurmayan tələbələrin iş axtarma və çalışma ruhu da zəifləməyə təkan verir. Tələbələrin bu məsələdə üzərlərinə düşən əsas məsələ olan öz təcrübələrini artırma qabiliyyətini artırmaları üçün Freelancing-in incəliklərini bilmələri və bu formada çalışmaları mütləqdir. İxtisaslarından kənar işlərdə çalışma məcburiyyəti əvəzinə bu sahəyə yönəlmələri öz təcrübələrini 2 qatına çıxarar"

Xatırladaq ki, təlimçinin bu mövzularda digər universitetlər üçün də təlimlər keçirəcəyini dinləyicilərinə bildirmişdir.

İDEAL XƏBƏR / Teymur Əzizov