No icon

Artıq hər kəs öz kompüterini təmir edə biləcək!

10 ildən çox fəaliyyətdə olan MilliByte İnformasiya Texnologiyaları Mərkəzi yeni dərs mövsümündə tələbələr üçün endirimli təlimlərə start verib. 

Siz MilliByte İnformasiya Texnologiyaları Mərkəzinin təşkil etdiyi Texniki Xidmət (Kompüter təmiri) təlimində iştirak etdikdən sonra öz kompüterinizi özünüz, ev şəraitində təmir edə biləcəksiniz.

Texniki Xidməti bilmək vacibdirmi?

 Əgər Siz Sistem və Şəbəkə İdarəetməsi üzrə İT mütəxəssisi olmaq istəyirsinizsə o zaman ilk addım kimi Texniki Xidmətdən başlamağınız məsləhətdir. Bundan başqa əgər Siz özünüzü irəli səviyyəli kompüter istifadəçisi sayırsınızsa o zaman öz kompüterinizlə bağlı problemləri də özünüz həll etməyi bacarmalısınız. Bunun üçün də Texniki Xidmət üzrə bilik və bacarıqlara sahib olmaq lazımdır.

Kimlər dərs deyəcək?

  MilliByte-ın təhsil mərkəzində öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər dərs deyir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Texniki Xidmət təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər necə keçiriləcək?

 Ən yaxşı tədris metodikası nəzəriyyə və təcrübənin vəhdətindən ibarətdir. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə ağırlıq verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Nəticədə nələr əldə edəcəksiniz?

 Siz, Texniki Xidmət təlimini bitirdikdən sonra kompüter texnologiyasının əsaslarını öyrənmiş olacaqsınız. Bu isə öz kompüterinizlə bağlı problemləri vaxtında aşkarlayıb həll etməyə imkan verəcək. Bundan başqa əgər İT mütəxəssisi olmaq istəyirsinizsə bu yolda ilk və ciddi addımınızı da atmış olacaqsınız.

Təlimə yazılmaq üçün BURAYA DAXİL OLUN