No icon

Dünyada ən kiçik fləş kart hazırlanıb

“SanDisk” şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES-2018” sərgisində dünyada bir terabayt (TB) tutuma malik ən kiçik fləş kart təqdim edib.

Ötən il təqdim olunmuş iki TB tutuma malik “Kingston DataTraveler Ultimate GT” dünyada ən tutumlu fləş kart hesab edilir. “SanDisk” şirkətinin prototipi bir TB tutuma malikdir.

Bundan başqa, “SanDisk”in prototipi “USB-C” interfeysinə malikdir. Yeni fləş kart yalnız kompüterlər arasında məlumatların ötürülməsi üçün deyil, həm də “Android” smartfonları arasında istifadə edilə bilər.

Ölkə.Az